Otelimizin restoranlarında qonaqlarımız üçün unudulmaz dad təcrübəsi təqdim edirik. Burada milli mətbəximizin ən ləziz təamları ilə yanaşı, dünyanın müxtəlif guşələrindən ilhamlanan xarici mətbəx nümunələrini də dada bilərsiniz. Peşəkar aşpazlarımız təzə və keyfiyyətli məhsullardan istifadə edərək hər bir yeməyi xüsusi zövqlə hazırlayır. Bundan əlavə, geniş içki və kokteyl seçimimiz istirahətinizə xüsusi bir rəng qatacaq. Rahat və zövqlü interyer, unikal mənzərə və mehriban xidmət qonaqlığımızı daha da xoş və yaddaqalan edəcək.